“Azeri Light”ın qiyməti 67,52 dollardır.
* * *
Səudiyyə Ərəbistanının müştərilərinə Aprel ayında tələb ediləndən daha az neft satacağı bildirilir.
“Bloomberg” xəbər verir ki, mövzu haqqında məlumata malik Səudiyyə rəsmisinə görə, Səudiyyə Ərəbistanı Aprel ayında müştərilərinə tələb etdiklərindən daha az miqdarda neft satacaq və ardıcıl 2 ay hasilatını razılaşmadan daha çox azaldacaqdır.
Mövcud neft qiymətləri OPEC üzvlərinin böyük hissəsinin hökumət xərclərini ödəmək üçün ehtiyac duyduğu səviyyədən aşağıdır. Səudiyyə Ərəbistanı bu addım ilə neftin qiymətini qaldırmağı hədəfləyir. Eyni zamanda bu addım, Ər-Riyadın neft bazarına nəzarətini saxlamaq üçün qərarlı olduğuna bir işarə kimi qiymətləndirilir.
Məlumata görə, Səudiyyə Ərəbistanının Aprel ayında da, Mart ayında olduğu kimi, istehsalı gündəlik 500,000 barel azaldacaq. Ölkə gündəlik neft hasilatını 10 milyon bareldən aşağı saxlamağı planlaşdırır.