Krım Muxtar Respublikasının Simferopol şəhərində aeroportun ələ keçirilməsi səbəbindən İstanbul-Simferopol marşrutu ilə uçan Türkiyənin «AtlasJET» aviaşirkətinin təyyarəsi yarımadaya eniş edə bilməyərək geri qayıdır.Trend-in «TRT Haber» telekanalına istinadən verdiyi məlumata görə, təyyarənin pilotlarına aeroportun ələ keçirilməsi barədə məlumat Ukraynanın hava məkanından verilib.
Xatırladaq ki, fevralın 26-da Krım Ali Radasının binası yanında keçirilən mitinq zamanı 30 nəfər xəsarət alıb, onlardan altısı xəstəxanaya yerləşdirilib.
  çap et