İran üzrə futbol klublarının super liqa yarışlarının 22-ci həftəsində “Traktor” Məşhəd təmsilçisi “Pədidə” ilə qarşılaşıb, oyun 1:0 hesabı ilə sona çatıb.
“Traktor”a qələbə qazandıran qolu oyunun 21-ci dəqiqəsində Antoni Stokes vurub.
Görüşdə soyuq hava şəraitinə baxmayaraq 30 mindən çox “Traktor” tərəfdarı tamaşaçı qismində iştirak edib.
Bu nəticədən sonra bu mövsüm 22 görüş keçirən “Traktor” 43 xalla (oyun fərqi ilə) turnir cədvəlində liderliyə yüksəlib. Belə ki, təbrizlilərin ən yaxın izləyicisi “Persepolis”in 42 (21 oyun), 3-cü yerdə olan “Sepahan”ın isə 40 xalı (20 oyun) var. Ağ-qırmızıların rəqibi olmuş “Pədidə” isə 39 xalla 5-ci pilədə qərarlaşıb.
Bu gün keçiriləcək oyunlarda “Sepahan” rəqib sahədə 8-ci yerin sahibi “Fulad Xuzestan”la qarşılaşacaq. Sabah isə “Persepolis” düşmə zonasından xilas olmaq üçün meydana qələbə qazanmaq üçün çıxacaq “Sepidrud Rasht” komandasının qonağı olacaq.