Bu sözləri siyasi fəal Bəxtiyar Hacıyev Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı barədə yazıb.
O, sosial şəbəkə hesabından Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bağlı bunları qeyd edib:
“Mən yanvarda, fevralda “Prezident “tutaq, basaq içəri” deyənləri yox, problemləri dinləməyi və həll etməyi məsləhət görənləri dinləyir” deyəndə, tənqid edənlər, irad bildirənlər vardı. Amma bir şey bilirdim, görürdüm, hiss edirdim ki, deyirdim.
Bir şeyi də qeyd edim. Çoxları bilmir, amma bu müsbət proseslərin, yumşalmanın arxasında həm də Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım dayanır. Ona və ölkə başçısına köhnə və yeni komandadan bir neçə nəfər dayaq olur. Daxildən və xaricdən mane olanlar olmasa, bu proses belə də davam edəcək.
Ümid edək ki, adlarını axtardığımız və tapmadığımız Seymur Həzi, Əfqan Muxtarlı, Fuad Əhmədli, digər siyasi məhbuslar da məhkəmə yolu ilə ən qısa zamanda ailələrinə, sevdiklərinə qovuşacaq”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncam ümumilikdə 431 nəfərə şamil olunub.