Əli İnsanov Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib:
“Qərb mənim ayağımdakı qandalları açdı. İstərdim ki, Azərbaycan hökuməti də əlimdəki qandalları açsın. Mənim Azərbaycandan heç yerə getmək fikrim yoxdur. Mübarizəmi davam etdirəcəyəm”.
Əli İnsanov siyasətlə məşğul olacağını istisna etməyib. O, müxalifət qüvvələrinə qoşulacağı barədə deyilənlərə belə münasibət bildirib:
“Mən siyasətdən aralanmamışam. Amma hər şey Allahın əlindədir. Hələ məlum deyil müxalifət mənə qoşulacaq, yoxsa mən müxalifətə”.
Əli İnsanov tezliklə daha geniş mətbuat konfransı keçirəcəyini vəd edib.