Vaxt.Az

Dollara “Brexit” zərbəsi


 

Bu həftə dünya birjalarında gözlənilən mənzərə

Dollara “Brexit” zərbəsi Dünya birjalarında bu həftə, Avrozona ilə bağlı proqnozlar, FED-in monetar siyasətinə dair açıqlamalar və “Brexit” səsverməsi diqqət mərkəzində olacaqdır.

Avro

Avrozona iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin yaxşı açıqlanması, avronun 1.13 dollara kimi bahalaşmasına səbəb olub. Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən ucuzlaşması qiymətin 1.14-ə kimi qalxacağını proqnozlaşdırır.

Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozona iqtisadiyyatına dair gələcək gözləntiləri ölçən indeks və çərşənbə günü saat 22:30-da açıqlanacaq Amerika Mərkəzi Bankının mətbuat konfransı da diqqət mərkəzində saxlanılmalıdır.

 

Funt-sterlinq

Funt-sterlinqin məzənnəsi isə bu həftənin çərşənbə günü “Brexit” sazişinin üçüncü dəfə İngiltərə parlamentində səsverməyə çıxarılması fonunda 1.33 dollar ətrafında dalğalanmaqdadır. Təhlillərə əsasən, cari həftə ərzində ingilis valyutasının məzənnəsi qeyd olunan məbləğdə möhkəmlənərsə, 1.35-ə kimi də bahalaşa bilər.

 

Türk lirəsi

Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.45 lrənin üzərində ticarət edilməkdədir və 5.46-nı də yuxarı istiqamətdə qırarsa, 5.49-a kimi də bahalaşa bilər.

 

Neft

Avropanın “Brent” markalı neftinin qiyməti bahalaşaraq, 67 dollara satılır və 67.35-in üzərində möhkəmlənərsə, 68.34-ə kimi də dəyər qazana bilər.

Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

Qızıl

Əlvan metallar bazarlarında qızıl qiymətləri 1300 dollaradır (41.8 dollar/qram) və təhlillərə əsasən, tələbin daha da artması ilə qiymət 1321-ə (42.5 dollar/qram) kimi bahalaşa bilər.

 





18.03.2019    çap et  çap et