Vaxt.Az

Biznes klassa 50 faiz ...


 

Bakı-Gəncə qatarında endirim var

Biznes klassa 50 faiz ... Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə Bakıdan martın 20-də, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.

“Novruz bayramı münasibətilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq martın 17-dən 31-dək qatarın biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb”, - məlumatda bildirilir.

Qeyd edək ki, 4 vaqondan ibarət Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında birinci klass (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Standart yerlərdən gediş haqqı 10, biznesdə 50, birinci klassda isə 100 manatdır.

 





18.03.2019    çap et  çap et