Bu gün, martın 18-də Rusiyanın Belarusdakı səfiri Mixail Babiçin paytaxt Minskdə “Krımın Rusiya Federasiyasının tərkibinə daxil olmasının beş illiyi”nə həsr olunmuş mətbuat konfransı yerli jurnalistlər tərəfindən baykot edilib. Ölkənin beş aparıcı nəşrinin baş redaktorları isə birgə bəyanat yayaraq işğalçı ölkənin təmsilçisinin nitqini dinləmək istəmədiklərini bütün dünyaya bəyan ediblər. Belarus jurnalistlərinin bu addımı Moskvanın Krımın ilhaqının beynəlxalq aləmdə legitimləşdirmək istiqamətində etdiyi bütün cəhdlərinin iflas etdiyini göstərir. Çünki, Belarus Rusiya ilə birlikdə ittifaq dövləti yaradıb. İndi həmin ittifaqa daxil olan dövlətlərdən biri digərinin ən çox önəm verdiyi məsələdə ona hətta mənəvi dəstək verməkdən də imtina edir.
Rusiyalı siyasi təhlilçilər martın 18-də Minskdə baş verənləri Moskvanın xarici siyasətinin iflası kimi dəyərləndirməklə yanaşı, Rusiyanın tamamilə təkləndiyinin sübutu kimi də qeyd edirlər.
  çap et