“Əslində, istefa növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədardır. Konstitusiyaya görə, seçkilər ən uzağı iki ay ərzində keçirilməlidir. Artıq keçmiş prezident olan Nazarbayev, yəqin ki, seçkilərdə iştirak edəcək. Parlamentin spikeri Qasım-Comərd Tokayev isə, sadəcə olaraq, seçkilərin nəticələri məlum olana qədər prezidentin vəzifələrini icra edəcək. Beləliklə, hələlik söhbət vəzifələrin transferindən deyil, Nazarbayevin növbəti seçkilərindən gedir”, - ekspert hesab edir.
M.Kaznaçeyev qeyd edir ki, Qazaxıstan prezidenti mütəmadi olaraq – seçkilər mexanizmi vasitəsilə öz legitimliyini təsdiq edir. Son 15 il ərzində heç bir prezident seçki kampaniyası Konstitusiya ilə nəzərdə tutulmuş müddətlərdə baş tutmayıb. Növbəti seçkilər 2020-ci ildə keçirilməli idi və qərara alınıb ki, seçkilər bir il tez təşkil olunsun. Bu cür təcrübə Qazaxıstan üçün normadır.
“Tezliklə ictimai fikir liderlərinin bir qrupu yenidən Nazarbayevdən xahiş edəcəklər ki, öz namizədliyini irəli sürsün. O, bu təklifi qəbul edəcək və şübhəsiz ki, növbədənkənar prezident seçkilərini qazanacaq. Növbədənkənar seçkilər artıq üçüncü dəfədir ki, keçirilir, lakin istefa qərarı ilk dəfə verilirdi.
Dövlət başçısının səlahiyyətləri hazırda senatın sədri Qasım-Comərd Tokayevə keçib, lakin Nursultan Nazarbayevin hakimiyyəti itirmək qorxusu yoxdur, çünki ölkədə ciddi müxalifət yox dərəcəsindədir”, - politoloq vurğulayıb.
Qazaxıstan Konstitusiyasına əsasən, növbədənkənar seçkilər bu ilin may ayında keçirilməlidir. Bu cür qısa müddətdə müxalifətdən və elitadaxili qruplardan kiminsə seçkilərə yaxşı hazırlaşması, ekspertin fikrincə, çox çətindir. Bu isə o deməkdir ki, faktiki olaraq, ötən seçkilərdə olduğu kimi, Nazarbayevin rəqibi rolunu hakimiyyətin “təyin etdiyi” statist namizədlər oynayacaq.