««Qanun» nəşriyyatı 150 min cərimə edilib. Mən də şahid qismində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin istintaq idarəsinə çağırılmışam. Eyni zamanda Vergilər Nazirliyi əməkdaşlarının zorakı yolla sənədlərimizi müsadirə etməsinin qanunsuz hesab edilməsi barədə məhkəməyə müraciətimizdə təmin edilmədi».
Bunu Modern.az-a açıqlamasında nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu bildirib. «Kitabı dirildən yeganə nəşriyyatı boğurlar. Belə bir nəşriyyatı məhv etməkdə məqsəd nədir? Kimin ərazisinə girmişik, kimə mane oluruq?!», – deyə nəşriyat direktoru qeyd edib.
çap et