Vaxt.Az

İsveçrə Yanukoviçə cinayət işi açdı


 

Avstriya isə bank hesablarını dondurdu

İsveçrə Yanukoviçə cinayət işi açdı Cenevrə prokurorluğunda Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandra çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, Yanukoviçin zamanında ofşor zonalara 70 milyard dollar çıxarılıb.

Xatırladaq ki, fevralın 27-də İsveçrənin Xarici İşlər Nazirliyinin nümayəndəsi keçmiş prezidentin İsveçrə banklarındakı hesablarına həbs qoyulacağı haqda da məlumat verib.

Bu gün Avstriya hökuməti Yanukoviçə yaxın olan 18 Ukrayna vətəndaşının hesablarını dondurub.

Bu arada Avstriya Yanukoviçin və daha 18 ukrayna vətəndaşının bank hesablarına dondurmaq haqqında qərar verib.

Avropa.info xarici mətbuata istinadən xəbər verir ki, Avstriya bankları bunu rəsmi  Kiyevin tələbi əsasında edib. 

Avstriya XİN-in verdiyi məlumata görə, bu qərar Avropa İttifaqının müvafiq sanksiyaları qüvvəyə minənədək müvəqqəti xarakter daşıyır. XİN bildirir ki, bu qərar Avstriya kansleri, maliyyə nazirliyi və Aİ-nin aidiyyəti qurumları ilə razılaşdırılıb. Bundan öncə Avstriya Yanukoviç dövründə Prezident Administrasiyasının rəhbəri işləyən Klyuyevi çirkli pulları yumaqda ittiham edib. 

Bu arada Cenevrə prokurorluğu Yanukoviçin hakimiyyəti dövründə 70 milyard dollar vəsaitin offşor yolla çıxarılması və böyük oğlunun adına külli miqdarda pul köçürülməsi faktı ilə bağlı cinayət işi açılıb.

 





28.02.2014    çap et  çap et