Maraqlıdır ki, yeni rəhbərliyin kollektivə təqdim olunması Bakı Metropoliten İdarəsində deyil, Hökumət Evində baş tutub. Dünənədək metropoliten idarəsinin rəhbəri olan Tağı Əhmədov da burada iştirak edib. Keçmiş rəis ANS-ə danışıb. O, dəyişikliyin normal olduğunu bildirib.
«Çox yerində verilən qərardır. Əgər metropoliten idarəsi birləşib, səhmdar cəmiyyəti yaranırsa, bu yaxşıdır. Mənə gəlincə, camaat 5 il işləyir. Mən bu vəzifədə 15 il işləmişəm, bu bəs deyil?», - deyə Tağı Əhmədov bildirib.
Tağı Əhmədov gedəndən sonra yeni rəhbər Zaur Hüseynov kollektivə təqdim olunub. Yeni rəis Bakı Metropoliten İdarəsinə gəlib.