«Təhlükəsizlik xidməti mənə bildirdi ki, Xarkova radikal əhvallı qruplar gəlir. Təhlükəsizliyim üçün Luqanska uçmaq istədim. Hava limanından dedilər ki, təyyarə Rusiyaya tərəf üz tutsa, qırıcılar göyə qaldırılacaq. Mən avtomobillə Krıma gəldim. Ailə üzvlərim mənə zəng vurub hədə-qorxu aldıqlarını bildirdilər. Hətta kiçik nəvəmi belə artıq axtarırdılar. Mən belə vəziyyətə risk edə bilməzdim».
Yanukoviç deyib ki, Rusiya prezidenti Putinlə hələ görüşməyib: «Rusiya prezidenti Putinlə görüşməmişəm. Telefonla danışdım. Mən bildirdi ki, imkan olan kimi görüş olacaq. Rusiyaya isə vətənpərvər zabitlərin köməyi ilə keçdim».
Yanukoviç mətbuat konfransında bildirib ki, həmin zabitlər öz borclarını yerinə yetiriblər.