Vaxt.Az

Yeni detal nədir?


 

Sərkisyanın istefasından keçən 1 ildə ...

Yeni detal nədir? Bu gün Ermənistanda hakimiyyət dəyişikliyinin bir ili tamam oldu. Hazirki baş nazir Nikol Paşinyan inqilab yolu ilə Serj Sərkisyanı istefaya məcbur etdi. Ermənistan parlamentinin hazırkı spikeri və Paşinyanın silahdaşı Ararat Mirzoyan sosial şəbəkədə keçən il həmin günün maraqlı detallarını açıqlayıb.

Mirzoyanın yazdığına görə, Ermənistan prezidenti və sonrakı baş naziri Serj Sərkisyan həbs etdirdiyi Nikol Paşinyanın yanına danışıqlar üçün keçmiş baş nazirin müavini Karen Karapetyanı göndərib. Serj Sərkisyan təklif edib ki, Nikol Paşinyan bir az gözləsə o payızda istefa verəcək. Paşinyan bu təklifi rədd edib. Paşinyan Sərkisyanın dərhal istefasını tələb edib. Daha sonra Karapetyan yenə Paşinyanın kamerasına gəlib və Sərkisyanın 2 gün sonra istefa verə biləcəyəni təklif edib. Paşinyan yenə rədd edib. Karapetyan yenə gedib qayıtdıqdan sonra Sərkisyanın Paşinyanın “dərhal istefa verməlidir” təklifini qəbul edib. Beləliklə, Serj Sərkisyan 2018-ci ilin 23 aprel tarixində istefa verib.

Məni bu açıqlanan yeni detallarda Sərkisyanın Paşinyanla Karapetyan vasitəsilə danışıqlar aparması o qədər də maraqlandırmır. Çünki bu o qədər əhəmiyyətli deyil. Əhəmiyyətli olan Serj Sərkisyanı həbsə saxladığı Paşinyan qarşısında qısa müddətdə əyilməsi və ona dalbadal müxtəlif zamanlarda istefa verə biləcəyini açıqlamasıdır. Sərkisyanı hansı güc istefaya məcbur edə bilərdi? Xalqın etirazı? İnanmıram. Bu o şəxsdir ki, 2008-ci ildə xalqı gülləbaran hesabına prezident kürsüsünə oturzdurmuşdu.

Fikrimcə, iki güc Sərkisyanı istefaya məcbur edə bilərdi. Bu ya Kreml, ya da ordu generalları olub. Onu fakt qarşısında qoyublar. İkincinin üzərində dayanıram. Ancaq erməni generallarının özü də Kremlə bağlıdırlar.

 





23.04.2019    çap et  çap et