Daha əvvəl Türkiyə mətbuatı Ankaranın sözügedən ZRK-ları Qətər və Azərbaycana verəcə biləcəyini yazmışdı.
“Söhbət “S-400”lərin Qətər və Azərbaycana yerləşdirilməsi planlarından getmir. Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat daim KİV-də dövr edir. Əslində isə bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş bağlamışıq və indi onların göndəriləcəyi vaxtı razılaşdırırıq. Əgər Rusiya kompleksləri Azərbaycana satmaq qərarına gəlsə, o bunu birbaşa, vasitəçi olmadan edəcək. Xüsusən də, bu ölkələr arasında yaxşı münasibətlər var”, - deyə Çavuşoğlu bildirib.