Körfəz bölgəsindəki OPEC üzvlərinin bazarın sabitliyini təmin etməyə sadiq olduqlarını və istehsalı artırmaq qabiliyyətləri olduğunu qeyd edən mənbələr, ancaq istehsalın artırılması istiqamətində bir qərar qəbul etməsinin tələb olub-olmadığından asılı olacağını vurğulayıblar.
OPEC-in istehsalı nə qədər sürətli və hansı miqdarda artıracağı bilinmir. Bu, ancaq digər ölkələrlə aparılacaq məsləhətləşmələrdən sonra müəyyənləşdirilə bilər. “Müzakirə etmək və üzərində işləmək lazımdır. Hörmət edilməsi lazım olan bir OPEC qərarı var və istehsal, tələbatdan əmin olmadan artırılmayacaq”,- mənbə deyib.
Xəbər verdiyimiz kimi, Ağ Evdən verilən yazılı açıqlamada, “ABŞ Prezidenti Donald Tramp, mayın əvvəlində müddəti başa çatan möhləti uzatmamaq qərarı verdi. Bu qərar, İranın neft ixracını sıfıra endirməyi və rejimin əsas gəlir mənbəyini məhdudlaşdırmağı qarşısına məqsəd qoymuşdur”, - ifadələri istifadə edilib.
Digər tərəfdən, ABŞ Xarici İşlər Naziri Mike Pompeo, verilən bu qərarla Tehran üzərindəki iqtisadi təzyiqi daha da artırmağı qarşılarına məqsəd qoyduqlarını bildirərək, müvafiq ölkələrin İrandan neft idxalını bu şəkildə tamamilə dayandıracaqlarını qeyd edib.
Bu qərarla, Noyabrın əvvəlindən 2 Maya qədər (180 günlük) ABŞ-ın İrandan neft idxalına sanksiya nəzərdə tutulan qərarından azad edilmiş Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstanın icazəsi sona çatmış olacaq.