Vaxt.Az

İstiqrazlar beynəlxalq bazarda


 

Maliyyə Nazirliyi dünyanın 3 məşhur bankını səlahiyyətləndirib

İstiqrazlar beynəlxalq bazarda Azərbaycan Respublikası Maliyyə Nazirliyi 2014-cü il ərzində ABŞ dollarında ifadə olunan dövlət istiqrazların ilk emissiyası ilə bağlı «Barclays», «Deutsche Bank» və «Citi» banklarını səlahiyyətləndirib.

Müvafiq olaraq 2014-cü il 3 mart tarixindən başlayaraq bir sıra investorlarla görüşlərin təşkili nəzərdə tutulur. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikası dünyanın aparıcı üç kredit reytinq agenliyinin - «Fitch» (BBB-), «Moody`s» (BAA3) və «Standard & Poor`s» (BBB-) tərəfindən investisiya səviyyəli kredit reytinqinə malikdir.

 





28.02.2014    çap et  çap et