“Pambıq kağız banknotlar uzunmüddətli istifadə səbəbindən zamanla əvvəlki görünüşünü itirir və korlanır ki, bu da əlavə xərclərə gətirib çıxarır. Bununla əlaqədar biz gələcəkdə inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanaraq daha dayanıqlı polimer əskinaslardan istifadəyə keçməyi planlaşdırırıq", - deyə E.Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
E.Rüstəmov vurğulayıb ki, bu gün 8,3 milyard manat dəyərində 213 milyon əskinas tədavüldədir: “Bunun 45 faizi kiçik nominallı əskinazlardır. Ən çox 1, 5 və 10 manatlıq əskinaslar köhnəlir. Onların illik köhnəlməsi 80 faiz, 20 manat dəyərində olan banknotların illik köhnəlməsi isə 60 faiz təşkil edir. Qeyd edim ki, Azərbaycan manatı tam gigiyenikdir, 100 faiz pambıqdır. Aşağı nominallı pulların digər materialdan olan pullarla əvəz olunması barədə araşdırmalar aparılır. Əhali bunu qəbul edərmi, ya yox, bu məsələ araşdırılır”.