Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın sözündən sonra neft 4 faiz ucuzlaşıb. ABŞ lideri OPEK-ə zəng edərək yanacağın qiymətinin düşməsi üçün tədbir görülməsini xahiş etdiyini bildirib: “Benzinin qiyməti düşür. Mən OPEK-ə zəng etdim və dedim: “Siz onları azaltmalısınız. Buna məcbursunuz”.Ötən gün 75,40 dollara yüksələn neft qiymətləri Trampın bu sözlərindən sonra 3,2 faiz düşüb. Hazırda “Brent” markalı neft 71.97 dollardan alıcı tapır.
çap et