Kudlou, Trampın “Fed” üzvlüyü üçün namizəd göstərməyi düşündüyü Stiv Murun (Stephen Moore) namizədlikdən çıxmaq planı olmadığını sözlərinə əlavə edib.
Kudlou “Stiv namizədlikdə qalmağa davam edir. Hazırda Federal Təhlükəsizlik Bürosunun araşdırması və buna bənzər proseslərdən keçir. Bundan sonra Senatın Bank Komitəsinin qarşısına çıxacaq”, deyib.
Kudlou, digər tərəfdən, ABŞ iqtisadiyyatının birinci rübdəki böyüməsinin 3 faizə çox yaxın olduğunu bildirib.