Vaxt.Az

“Lirə 15 faiz dəyər itirə bilər”


 

Ehtiyatlar azaldıqca Türkiyə valyuta etimad da enəcək

“Lirə 15 faiz dəyər itirə bilər” Qlobal investisiya bankı “Goldman Sachs Group Inc”, Türk Lirəsinin (TL) növbəti 12 aylıq dövrdə ABŞ dolları qarşısında 15 faiz dəyər itirəcəyi proqnozunu verib.

“Goldman”, Türkiyə Mərkəzi Bankının (TCMB) Türk Lirəsinə dəstəyi gücləndirməkdən uzaq qərarları ilə, yəqin ki, lirənin sonuncu dəfə 2018-ci ilin ortasındakı böhran zamanı görülən səviyyələrə (1 Dollar 7 lirəni keçmişdi) gəlməsinə səbəb olacağını bildirib.

“Goldman” strateqləri, “Mərkəzi Bankın keçən həftəki toplantıdan sonra açıqlamasından “ehtiyac olduğu halda əlavə sərt tədbirlərə gediləcəyi” ifadəsini çıxarması həm faiz endirimə, həm də pul vahidinin daha da dəyər itirməsinə qapı açıb”, - qeyd ediblər.

“Goldman”a görə, Dollar qarşıdakı altı ayda 6.5 TL və 12 ayda isə 7 TL  səviyyəsinə qalxa bilər. Beləliklə “Goldman”, növbəti 1 illik dövrdə Türk Lirəsinin 15 faiz dəyər itirəcəyi proqnozunu verib.

Lirənin məzənnəsi səhər saatlarında 5.95 lirə səviyyələrində olub.

“Goldman” iqtisadçıları, “Faizlər, valyuta əmanətlərinin artımından göründüyü kimi, Türkiyə lirəsinə etimadın yenidən bərpa edilməsinə yetəcək qədər yüksək deyil”, - qeyd ediblər.

“Goldman” iqtisadçıları, “TCMB-nin TL-ni sabitləşdirmək üçün addım atması lazım olacaq. Əmanətçilərin, əmanətlərində lirənin payını artırmaqda maraqlı olmaları üçün daha çox “risk mükafatına” (əlavə faizə) ehtiyac duyacaqlar”,- əlavə ediblər.

İqtisadçılar, aşağı səviyyədə və düşən valyuta ehtiyatlarının yəqin ki, lirəyə etimadı daha da azaldacığını sözlərinə əlavə ediblər.

 





29.04.2019    çap et  çap et