Bu haqda “Rustavi-2” telekanalı məlumat yayıb.
Kirion monastırının arximandritinə istinadən bildirilir ki, hazırda bu ərazidə turistlərin və zəvvarların hərəkəti üçün məhdudiyyət yoxdur. Amma istisna deyil ki, Azərbaycan sərhədçiləri mayın 5-də “Keşikçi dağ”a gedişi bağlayacaqlar.
“Əvvəllər sərhədçilərin sayı cəmi 2 idi. İndi isə təxminən 18 nəfərdir, heç vaxt bu qədər çox olmamışdı”, - məlumatda deyilir.
Xatırladaq ki, bir neçə gün əvvəl “Keşikçi dağ” monastrı ətrafında Azərbaycan və Gürcüstan arasında gərginlik yaranıb. Azərbaycan sərhədçiləri gürcü ziyarətçilərinin monastıra hərəkətini məhdudlaşdırıb. Bu addım Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhədlərin mümkün qədər tez delimitasiya olunmasına çağırışından sonraya təsadüf edir. “Keşikçi dağ” Qafqaz Albaniyası dövrünə aid olan və Azərbaycan ərazilərində yerləşən qədim monastırdır. Gürcü tərəfi isə bu monastırın onlara aid olduğunu iddia edir.