Putin xatırladıb ki, Saakaşvili “Ukrayna vətəndaşlığından qanunsuz məhrum edilib, ölkədən qanunsuz sürgün olunub və onu geri qaytarmaq, pozulmuş hüquqlarını bərpa etmək lazımdır. “Ukraynanın ölkəni tərk etməyə məcbur olmuş və bugünkü rejimin təqiblərindən yad ölkələrə sığınan bir çox digər vətəndaşlar kimi”, - Putin deyib.
Rusiya prezidentinin Saakaşvilinin pozulmuş hüquqları haqda danışması və onu müdafiə etməsi istehza, yoxsa ciddi söhbət olduğu aydın deyil. Çünki bir vaxtlar Putin Saakaşvilini “müəyyən yerindən asmaqla” hədələyirdi və onların necə qatı düşmən olduqları məlumdur.
Hər halda Saakaşvili Putinin onun barəsində dediklərinə cavab verib.
“Bu həmin Putindir ki, 2017-ci ilin dekabrında mətbuat konfransında Poroşenkodan məni Ukraynadan deportasiya etməyi yüksəkdən tələb etmişdi (Poroşenko da bir ay sonra bunu etdi). Dəqiq bilirəm ki, məhz Siz Poroşenkodan 2014-cü ildə məni inaqurasiya mərasiminə dəvət etməməyi tələb etmişdiniz”-o özünün Facebook səhifəsində yazıb.