İranın pul vahidi riyal, ötən il 60 faizdən çox dəyər itirmişdi. Pul vahidində yaşanan dəyər itkisi xarici ticarəti çətinləşdirmiş və inflyasiyanı yüksəltmişdi.
7 Avqust 2018-ci ildə açıqlanan ilk sanksiya siyahısında İran hökumətinin Amerika dolları satın alması, qızıl və qiymətli mədənlərlə ticarət etməsi qadağan edilmişdi. Ölkənin kömür, polad, alüminium ticarəti və avtomobil sektoru da siyahıda yer alır. İranın sərnişin təyyarələri və təyyarə hissələri idxalatına maneə törədilir. İranın pul vahidi üzərindən ölkə xaricində edəcəyi əməliyyatlara məhdudlaşdırmalar gətirilir. İranda istehsal edilən xalça və qida məhsullarının ixracatı qadağan edilib. 5 Noyabrda tətbiqinə başlanan ikinci sanksiya paketinin böyük hissəsini ölkənin əhəmiyyətli gəlir mənbəyi neft ticarətini əhatə edir.