Vaxt.Az

Quaido hərbçilərə müraciət etdi


 

Venesuelada növbəti dövlət çevrilişi yaxınlaşır

Quaido hərbçilərə müraciət etdi Venesuela müxalifətinin lideri Xuan Quaido paytaxt Karakas şəhərində bəzi hərbi hissələrin komandirləri ilə əlaqə saxlayaraq “Azadlıq” əməliyyatının son mərhələsinə başladıqlarını açıqlayıb.

CNN xəbər verir ki, X.Quaido sosial mediada La Karlota hərbi hava bazasında çəkildiyi iddia edilən, hərbçilərə növbəti addımları bildirdiyini əks etdirən video da yerləşdirib.

“Venesuela xalqı hakimiyyət qəsbinin sonuna dair qərarını verib. Bu dəqiqə “Azadlıq əməliyyatının son mərhələsinə başlamaq üçün hərbi qüvvələrimizin komandanları ilə görüş keçirirəm, - X.Quaido yazıb.

O, həmçinin milli ordunun doğru qərar verdiyini də bildirib.

Bununla bağlı İnformasiya naziri Xorxe Rodrigues “Twitter”dəki səhifəsində “Venesuela xain kiçik hərbi qrup tərəfindən qarşıdurmaya və məhv olmağa sürüklənir”, deyə yazıb.

 





30.04.2019    çap et  çap et