Ş.Mustafayev qeyd edib ki, müvafiq qərar bu gün Tarif Şurasının iclasında qəbul edilib.
Nazir əlavə edib ki, qərar mayın 1-dən qüvvəyə minir.
Ş.Mustafayevin bildirdiyinə görə, bu günədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 milyon abonent və ya 6 milyon nəfər istifadə edirdi: “Mövcud qərara əsasən, əlavə olaraq, 300 min abonenti (1,2 milyondan çox vətəndaş) istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərin xüsusi çəkisi 70 faizdən 85 faizə yüksələcək”.