Vaxt.Az

İrəvanla Abu-Dabi arasında MDB bazarlığı


 

BƏƏ-nin Ermənistana sevgisi nə ilə bağlıdır?

İrəvanla Abu-Dabi arasında MDB bazarlığı Mayın 2-də İrəvanda Ermənistan-BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) hökumətlərarası komissiyasının iclası keçirilib. BƏƏ və Ermənistan rəsmilərinin təmasları haqqında məlumatların sayı getdikcə çoxalır. İki ölkə arasında müxtəlif sahələri əhatə edən onlarla saziş imzalanıb. İrəvan BƏƏ-yə təklif edib ki, Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi Birliyinə bazarlarına çıxmaq üçün Ermənistanın imkanlarından istifadə etsin. Bu arada, BƏƏ nümayəndə heyətini ayrılıqda Ermənistan prezidenti və baş naziri qəbul edib.

BƏƏ-nin Ermənistanla əməkdaşlıqda nə marağı var? Axı BƏƏ-nin başlıca müttəfiqi Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibəti yoxdur. Səudiyyə Ərəbistanı birmənalı olaraq Azərbaycanı müdafiə edir. Elə bir beynəlxalq məsələ yoxdur ki, BƏƏ müttəfiqi Səudiyyə Ərəbistanı ilə eyni mövqedən çıxış etməsin. Bu sıraya hər iki dövlətin İrana, Yəmənə, Suriyaya eyni yanaşmasını göstərə bilərik. Bəs necə olub ki, Ermənistan məsələsində BƏƏ Səudiyyə Ərəbistanından fərqli siyasət yürüdür? Bu suala cavab haqqında bizim XİN və BƏƏ ilə bağlı olan oliqarx nazirlərimiz düşünməlidir.

 





04.05.2019    çap et  çap et