Təhsil Nazirliyinin rəsmi «facebook» səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu «əla», digərləri isə «yaxşı» olduğu halda onlara fərqlənmə diplomu verilir.
Nazirlər Kabinetinin 2010-cu il 23 aprel
tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət
standartı və proqramı»na uyğun olaraq, konkret fənn üzrə semestr ərzində
toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi
qiymətləndirilir: tələbə 51 baldan aşağı topladıqda «qeyri-kafi» - F, 51-60 bal
topladıqda «qənaətbəxş» - E, 61-70 bal topladıqda «kafi» - D, 71-80 bal
topladıqda «yaxşı» - C, 81-90 bal topladıqda «çox yaxşı» - B, 91-100 bal
topladıqda «əla» - A alır.
Bu qərar respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilir.