“Ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən fəalların fikrincə, oyunun Azərbaycanda keçirilməsi ilə əlaqədar Londondan Bakıya uçacaq çoxsaylı təyyarələrdən atmosferə min ton karbon dioksid atılacaq”, - deyə Britaniya KİV-i yazır.
“Avropa Liqasının və Çempionların Liqasının Bakıda və Madridə keçiriləcək finallarına 45 min pərəstişkarın səfər etməsi atmosferə 35490 ton karbon qazı atılmasına gətirib çıxaracaq. “Arsenal” və “Çelsi”nin Londonda oynamaları daha yaxşı olardı. UEFA bu problemə diqqət yetirməlidir”, - deyə “The Guardian” Yaşıllar Partiyasının liderlərindən biri olan Conatan Bartleydən (Jonathan Bartley) sitat gətirir.
Bu cəfəngiyyata adam hətta şərh belə vermək istəmir. Çünki dünyada hər gün on minlərlə uçuşlar həyata keçirilir, ancaq Britaniya nəşrinə görə, yalnız məhz Bakıdakı bir oyun ətraf mühitə "zərər" vuracaq. Bu cəfəngiyatdır, başqa heç nə!
Bakıya əvvəlki hücumların, əsassız olmalarına baxmayaraq, az da olsa məsələyə aidiyyəti olurdu. Lakin Böyük Britaniyanın aparıcı nəşrlərindən birində yazılmış ekoloji zərərlə bağlı cəfəngiyat artıq həyasızlığın və qərəzli tənqidin ən yuxarı həddini belə aşır...
İngilis azarkeşlərinin Azərbaycana viza alınması ilə bağlı problemlərinin olacağı, eləcə də Azərbaycan paytaxtına uçuşların və Bakıda mehmanxanalarda yerlərin baha olması ilə bağlı İngiltərə -KİV-lərinin yazdıqlarının da heç bir əsası yoxdur. Amma dünən bu barədə ətraflı yazdığımızdan həmin məsələyə yenidən toxunmaq istəmirik...
İngiltərədə, prinsip etibarilə, ondan narazıdırlar ki, onların azarkeşləri belə uzaq məsafəni qət etməli olacaqlar. "Liverpul”un alman məşqçisi Yurgen Klopp da, hansı ki, Avropa Liqasının qarşıdakı finalına heç bir aidiyyəti yoxdur, nədənsə Bakının ünvanına qəzəbli çıxış edib. Yeri gəlmişkən, bu adam Kiyevi Rusiya şəhəri adlandıraraq özünü, faktiki olaraq, cahil yerinə qoyub.
Görünür, ingilis mediası və Klopp, Avropanın yalnız bir neçə Qərbi Avropa ölkəsindən ibarət olduğunu düşünür və elə hesab edirlər ki, başqalarının böyük futbol oyunları keçirmək hüququ yoxdur.
Klopp və onun kimi düşünənlər çoxdan anlamalıdırlar ki, 55 ölkə UEFA-nın üzvüdür və onların hər biri bərabər hüquqlara malikdir. Və Azərbaycan, böyük Avropa ailəsinin hissəsi və çox gözəl stadiona malik olaraq, yalnız Avropa Liqasının finalını yox, həm də Avro-2020-nin dörd matçını keçirmək hüququ əldə edib. Bizim ölkəmiz gələcəkdə də əsas idman hadisələrinin keçirilməsinə iddia edəcək. Kimlərsə bundan narazıdırlarsa, dişlərini sıxıb dözməli və zəhərli sayıqlamalarını dərc etməkdən çəkinməlidirlər.