Onun sözlərinə görə, bu iclas da ənənəvi olaraq keçirilən tədbirlərdən biri olub.
Tarix fakültəsinin dekan müavini Asif
Bayramovun işdən çıxarılması, Cəfər Xanəliyevin fakültənin tyutoru vəzifəsindən
xaric olunması barədə söz açan P.İbrahimova mətbuatda yayılmış «rüşvət üstündə
müəllim universitetdən uzaqlaşdırıldı» fikri ilə razılaşmadığını bildirdi:
«A.Bayramovun işdən çıxarılması tarix fakültəsinin 4-cü kurs tələbəsi Ramilə
Kiçiyevanın şikayəti ilə əlaqəli deyil. C.Xanəliyevin fakültənin tyutoru vəzifəsindən
xaric olunması barədə isə əmr yoxdur».
R.Kiçiyeva barəsində bir məqamı da
vurğulayan P.İbrahimova tələbənin qaldırdığı şikayətlə əlaqədar BDU-da AMEA-nın
müxbir üzvü Vasif Babazadənin rəhbərliyi ilə komissiya yaradıldığını bildirdi.
P.İbrahimova ilə görüşdən sonra
universitetin tarix fakültəsinə getdik. Binanın liftində fakültənin dekanı Azad
Rzayevlə qarşılaşdıq. Mövzu barədə verilən suallardan qaçan dekan,
R.Kiçiyevanın səhhəti ilə bağlı rektordan izn aldığını söylədi. Qeyd edək ki,
o, rektorla görüşə getdiyini söylədi.
Dekanı müşayiət edən fakültənin
magistrantı Leyla Nəbiyeva isə dekanın bu barədə danışmaması üçün əlindən
gələni edərək, dekanla birgə lifti tərk etdi.
Daha sonra fakültənin müəllimlər otağına
baş çəkərək 2 gündür vəzifəyə təyin edilmiş dekan müavini Sevda Süleymanova ilə
görüşdük. 023-cü qrupun jurnalını gətirdərək R.Kiçiyevanın davamiyyəti barədə
informasiya verdi. R.Kiçiyeva yalnız fevralın 17-si birinci dərsdə iştirak
etdiyini əyani şəkildə göstərərək, həmin tələbəni şəxsən tanımadığını söylədi.
Qeyd edək ki, fakültənin laborantının da sözlərinə görə, R.Kiçiyeva dünən rektorun qəbulunda olaraq səhhəti ilə bağlı İrana gedəcəyini söyləyərək akademik möhlət alıb. O, yenidən bir il sonra bərpa oluna bilər.