Vaxt.Az

ABŞ-Çin gərginliyinin ilk fəsadı


 

Dollar bu il ilk dəfə 6.9 yuana qalxdı və 7 səviyyəsini keçə bilər

ABŞ-Çin gərginliyinin ilk fəsadı Dolların “offshore yuan”a (Çin xaricində əməliyyat olunan yuan) qarşısındakı dəyəri, ABŞ - Çin arasındakı ticarət danışıqlarının nəticə verməməsinin təsiri ilə bu il ilk dəfə 6.9 səviyyəsinə qalxıb. Daha dəqiq ABŞ valyutası bahalaşıb, Çin pulu isə ucuzalşıb.

Çin valyutası ötən həftə 1.6 faiz dəyər itirmişdi. Yuanın ucuzlaşması Çin səhmlərinə də təsir göstərib. Şanxay Birləşmiş İndeksi Bazar ertəsi günü 1.2 faiz minusda bağlanıb.

ABŞ - Çin arasındakı ticarət danışıqları dalana girib və tezliklə daha yaxşı getməsi o qədər də mümkün deyil. İndi bütün gözlər Çin siyasətinə və iqtisadi artımı davam etdirmək üçün daxili istehlakı necə təşviq edəcəkləri məsələsindədir.

“China İnternational Capital Corp”a görə, ABŞ-ın Çin mallarına tətbiq etdiyi vergi qeyri-maliyyə  şirkətlərin gəlirlərinin 4.2 faiz azalda bilər.

Dollar və “offshore yuan” Bakı vaxtı ilə saat 11:35-də 0.83 faiz artımla 6.9013-dən əməliyyat olunub.

“Societe General”a görə, iki valyuta arasındakı məzənnənin 7 səviyyəsini keçməsi ehtimalı artıb.

 





14.05.2019    çap et  çap et