Vaxt.Az

Nyu-Yorkdan Londona 90 dəqiqəyə


 

Səsdən sürətli sərnişin təyyarəsi hazırlanır

Nyu-Yorkdan Londona 90 dəqiqəyə Amerikalı aviakonstruktorlar səsdən sürətli sərnişin təyyarəsinin hazırlanması barədə bəyanatla çıxış ediblər.

“Hermeus” şirkəti 6200 km/saat sürətlə uça biləcək təyyarənin üzərində iş aparıldığını bildiriblər.

Bu təyyarə ilə sərnişinlər Nyu-Yorkdan Londona cəmi 90 dəqiqəyə çata biləcəklər. Hazırda bu uçuş 7 saat ərzində həyata keçirilir.

Təyyarənin hazırlanmasının hansı mərhələdə olması barədə məlumat verilməyib.

 





14.05.2019    çap et  çap et