Vaxt.Az

Rusiya qazı Almaniyanı qaza gətirib


 

Azərbaycan isə…

Rusiya qazı Almaniyanı qaza gətirib Rusiyada tranzit marşrutlarının diversifikasiyası üçün kifayət qədər aydın bir strategiya var. Kreml qaz ixracını gücləndirmək üçün Ukraynadan tranzit ölkə kimi istifadə etmək barədə məqsədlərini heç zaman gizlətməyib.

Əslində, tranzit ölkə kimi Rusiyanın başında durduğu yeni qaz layihələrində iştirak etmək Ukrayna üçün iqtisadi dividentdir.

Lakin “Şimal axını 2” və “Türk axını” qaz kəmərləri Ukraynanın və Şərqi Avropa ölkələrinin enerji müstəqilliyinə təhdid amili kimi qiymətləndirilir.

Ekspertlərin fikrincə, adıçəkilən qaz layihələri geosiyasi maraqların balansını pozur.

Avropa İttifaqı Şurasına sədrlik edən Rumıniya “Şimal axını 2” “təbii qaz boru kəməri layihəsinə qarşıdır. Danimarka da bu məsələdə Avropanın siyasi və iqtisadi maraqları çərçivəsində çıxış edir. Danimarka aprel ayında “Şimal axını 2” qaz kəmərinin ərazi sularında tikintisini qadağan edib.

Bununla belə Avropa Birliyinin lokomotivi Almaniya xarici risklərə baxmayaraq qaz kəmərinin tikintisinin dəstəkləyir.

Bunun əsas səbəbi qlobal rəqabət qabiliyyətidir. ABŞ-ın ucuz qaz mənbəyi var, buna görə də Amerika şirkətləri bu rəqabətdə üstünlüyə malikdirlər.

Almaniya da Avropa ölkələri arasında belə bir üstünlük qazanmaq istəyir. Buna görə də, Rusiya qazının əlavə təchizatını əldə edərək qlobal arenada rəqabət qabiliyyətini artırmaq, əlavə gəlir əldə etmək niyyətindədir. Bundan əlavə Almaniya üçün rus qazı ucuz mənbə hesab olunur.

Yəqin həm də bu səbəbdəndir ki, Amerika Almaniyanı “Şimal axını 2” layihəsində iştirakına görə kəskin tənqid edir.

Ukrayna mətbuatı isə həyəcan təbili çalaraq bildirir ki, ölkənin GTS şirkəti Avropada fəallıq göstərməlidir, əks təqdirdə, “Qazprom” onu və təchizat marşrutlarını idarə edəcək.

Xatırladaq ki, “Şimal Axını 2” layihəsi illik ötürmə gücü 55 milyard kubmetr qaz olan iki boru xəttinin çəkilməsini nəzərdə tutur. Xəttin Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya çatdırılması planlaşdırılır.  Layihənin icraçısı olan “Nord Stream 2 AG” şirkəti artıq Almaniya, Finlandiya və İsveçdən tikintiyə razılıq alıb.

Bu layihənin Cənub Qaz Dəhlizinə rəqib olduğu haqda da fikirlər var.

Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcəyi ehtimal olunur.

İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır; Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

İlk qaz Gürcüstan və Türkiyəyə təchiz edilib. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

 





14.05.2019    çap et  çap et