“ABŞ-ın yeni müzakirələr üçün Tehranla əlaqə qurmağa çalışdığı” barədə xəbərləri rədd edən Tramp, “Yalan xəbər mediası, heç bir məlumatı olmadan, ABŞ-ın İran ilə bir müzakirə qurmağa çalışdığı şəklində tipik bir səhv xəbər yayıb. Bu yalan bir xəbərdir. İran nə vaxt hazır olsa o zaman bizi axtaracaq. O zamana qədər iqtisadiyyatları çökməyə davam edəcək. İran xalqı üçün çox kədərli bir vəziyyətdir”, deyə fikrini bitirib.