Ukrayna prezidenti Vladimir Zelenski Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə ölkə vətəndaşlığını qaytarıb.“Dojd” telekanalının xəbərinə görə, bu barədə məlumat Ukrayna dövlət başçısının saytında yerləşdirilib.
“Sağ olun, prezident Zelenski! Ukraynaya eşq olsun!” – Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.
Xatırladaq ki, mayın 22-də Saakaşvili Zelenskiyə məktub ünvanlayaraq, ona Ukrayna vətəndaşlığının qaytarılmasını xahiş etmişdi.
çap et