Vaxt.Az

Saakaşvilinin təcrübəsinə ehtiyac


 

Zelenskinin sağ kəsimin də dəstəyini qazanmaq istəyir

Saakaşvilinin təcrübəsinə ehtiyac Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə vətəndaşlıq verdi.

Əslində olduqca yerində verilən bir qərar oldu. Çünki, Ukraynada Mixail Saakaşvilinin əleyhdarları olduqca çoxdur. Bununla da Vladimir ölkədəki Saakaşvili sevərlərin də rəğbətini qazanmış olacaq. Bundan əlavə Ukrayna hökuməti demokratiya yolunda mühüm addımlar atmaqla yanaşı Rusiya ilə də mübarizə şəraitində fəaliyyət göstərir. Bu mənada Saakaşvilinin təcrübəsindən yararlanmaq istəyəcəklər. Saakaşviliyə hər hansı mühüm vəzifənin verilməsini də istisna etmirəm. Düşünürəm ki, Saakaşvilinin vətəndaşlığının bərpası məhz Rusiya amili ilə bağlıdır.

Mixail Saakaşvili ötən ay da Ukraynaya qayıdacağını bəyan etmişdi. Lakin, bir şərtlə ki, Zelenski qalib gəlsin. Əslində bu da başa düşüləndir. Çünki, keçmiş qubernatoru ölkədən deportasiya edən məhz Poroşenko idi. Bu mənada Zelenskinin qalıb gəlməsi Saakaşvili üçün də yeganə çıxış yolu idi.

Mixail Saakaşvili yenidən Ukraynaya qayıtması nə kimi müsbət nəticələr vəd edir?

Düşünürəm ki, Saakaşvili gəldikdən sonra xarici siyasətdə mühüm dəyişikliklər olacaq. Daha dəqiq desək Rusiya ilə mübarizədə bir təsir rıçaqı əldə etmiş olacaq. Bu isə ilhaq edilmiş ərazilər uğrunda mübarizədə Zelenskini daha arxayın edə bilər. Lakin, düşünmürəm ki, bütün bunlar Rusiyanın həmin əraziləri geri qaytaracağı mənasına gəlir. Bunu Ukrayna hökuməti də yaxşı başa düşür. Zelenskinin bu qərarı ilə sağ kəsimin də dəstəyini bütünlükdə qazana bilər. Çünki, Zelenski həm kompaniyası, həm də andiçmə zamanı ilhaq edilmiş əraziləri geri qaytarmağa cəhd edəcəyini dilə gətirmişdi. Amma bunu söz vermədi. Təbii ki, belə bir söz vermək reallıqdan kənardır.

İstənilən halda Saakaşvili amili bu və ya bu kimi məsələlərdə öz sözünü deyəcək.

 





28.05.2019    çap et  çap et