“Report” xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda zavodun alınması ilə bağlı danışıqlar aparılır, amma hələ ki, bu istiqamətdə konkret nəticə yoxdur.
“Rusiya bazarı çox böyükdür və bizə maraqlıdır. Ümumilikdə isə SOCAR dünyanın hər yerində danışıqlar aparır”, - R.Abdullayev qeyd edib.
Antipinsk neft emalı zavodu 9 milyon ton həcmində dizel yanacağı, karbohidrogen qazı və durulaşdırılmış neft koksu istehsal etmək gücünə malikdir.