Krımın Ali Şurası Muxtar Respublikanın Nazirlər Şurasının yeni tərkibini formalaşdırıb. APA-nın RİA Novosti agentliyinə  istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə parlamentin spikeri Vladimir Konstantinov deyib.Onun sözlərinə görə, bu hökumətdə hər bir nazir yalnız əməkhaqqına görə çalışacaq: «Bunu etməyənlərlə yollarımızı ayıracağıq».
Bununla belə, V.Konstantinov hökumətin yeni üzvlərinin adlarını çəkməkdən imtina edərək, Krım Ali Sovetinin mətbuat xidmətinin rəsmi açıqlamasını gözləməyə tövsiyə edib.
  çap et