Müvafiq vəsatət Azərbaycan astronomu, BAİ-nin üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb.
Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır. Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti ad daşıyıb.
İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub.