“Ermənistanın baş naziri Dağlıq Qarabağın adından danışıqlar aparmaqdan imtina etdi və dedi ki, əgər ona səs verməyən sakinlərin maraqlarını təmsil etməlidirsə, qoy onda Ermənistanla Dağlıq Qarabağın birləşməsi rəsmən baş versin. Faktiki olaraq danışıqlar yoxdur, çünki Azərbaycan Dağlıq Qarabağın danışıqlar masasına qayıtmasına razılaşmır, Ermənistan isə belə olan halda predmetli danışıqlardan imtina edir”, - Ayrumyan bildirib.
Onun fikrincə belə vəziyyət erməni tərəfini tamamilə qane edir, amma Azərbaycanı heç cür qane edə bilməz. Və Azərbaycan tərəfi həmsədrlərin köməyi ilə kompromis variant tapmaq istəyir.
Digər erməni politoloq Stepan Səfəryan isə deyir ki, həmsədrlər son bəyanatlarında erməni tərəfinin Dağlıq Qarabağın danışıqlarda iştirakına dair tələbinin “qanuniliyini” tanıyır. Amma Azərbaycan şərt qoyur ki, belə olan halda gərək Dağlıq Qarabağın azərbaycanlı icması da danışıqlarda iştirak etsin.
“Həmsədrlər Dağlıq Qarabağın faktiki hakimiyyəti barədə danışır, yəni onları Dağlıq Qarabağ sakinlərinin təmsilçisi kimi tanıyır. Ona görə də erməni tərəfi mövqeyini düzgün formalaşdırmalıdır ki, tərəflərin statusunda ekvivalentlik yaranmasın. De-fakto hakimiyyət başqa şeydir, icma başqa...”, - Səfəryan deyib.