Vaxt.Az

Spiker nazirə şikayətləndi


 

“Gərək hər dəfə kartdan pul çıxaraq?”

Spiker nazirə şikayətləndi Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib. O.Əsədov bununla bağlı vergilər naziri Mikayıl Cabbarova müraciət edib.

Spiker deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır: “Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.

 





03.06.2019    çap et  çap et