Vaxt.Az

“Ortada heç nə yoxdur”


 

Tramp Meksikanı təhdid edib: “25 ildir ki, danışırlar, amma …”

“Ortada heç nə yoxdur” Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp bildirib ki, Meksika ABŞ-a qanunsuz miqrasiyanın axınının qarşısını almasa, ABŞ şirkətlərinin Meksikadan ayrılacaq.

Bu barədə ABŞ prezidenti Donald Tramp öz şəxsi “Twitter” səhifəsində yazıb.

“Meksika divar haqqında danışmaq üçün böyük bir heyət göndərir. Problem odur ki, onlar 25 ildir ki, danışırlar amma ortada heç nə yoxdur”. İstəsələr 1 günün içində problemi həll edərlər. Belə davam edərsə, şirkətlərimiz və işlərimiz ABŞ-a qayıdacaqlar!” - Tramp “Twitter”də yazıb.

Əvvəllər Tramp bildirib ki, 10 iyundan etibarən ABŞ Meksikadan gətirilən malların 5 faizini ödəyəcək.

 





03.06.2019    çap et  çap et