Vaxt.Az

Maduroya alman “silləsi”


 

Diktatorun 20 ton qızılı müsadirə edildi

Maduroya alman “silləsi” Almaniyanın maliyyə nəhəngi “Deutsche Bank” Venesuelaya məxsu 20 ton qızılı müsadirə edib.

Bank Venesuelanın 2016-cı ildə götürdüyü krediti qaytarmadığı üçün bu qərara əl atıb.

Məlumata görə 2016-cı ildə Venesuela bankdan 750 milyon dollar kredit götürüb və əvəzində 20 ton qızıl girov qoyub. Daha sonra Venesuela kredit öhdəliklərini yerinə yetirməyib, kreditin qaytarılma müddəti 2021-ci ildə bitsə də bank kredit müqaviləsini ləğv edərək girov qızılın müsadirəsinə qərar verib.

 





05.06.2019    çap et  çap et