Vaxt.Az
Memarlarımız Bişkekdə
Türkdilli ölkələrin memar və mühəndislərinin qurultayı keçiriləcək
Bu ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dünyası Memarları və Mühəndisləri İttifaqının, TÜRKSOY-un, TürkPA-nın, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Türk Dünyası Yazıçılar Fondunun təşəbbüsü ilə türkdilli dövlətlərin memar və mühəndislərinin IV qurultayı keçiriləcək. Qurultayda Azərbaycan heyəti də iştirak edəcək.Bişkek şəhər bələdiyyəsinin məlumatına
görə, iştirakçılar qurultay çərçivəsində böyük qırğız yazıçısı Çingiz
Aytmatovun uyuduğu «Ata-Beyit» memorial kompleksinə gedəcək, yenidənqurmadan
sonra Bişkekdəki Atatürk adına parkın, türk dünyası bələdiyyələrinin sərgisinin
açılışında, Toktoqul Satılqanovun 150 illik yubileyi münasibətilə TÜRKSOY-un
konsertində iştirak edəcək, at yarışlarına, dəmirçilərin ənənəvi sərgisinə
baxacaqlar.
28.02.2014 çap et