Vaxt.Az

Dini liderdən “Draqunov”lu mesaj


 

Xamenei xalqın qarşısına silahla çıxdı

Dini liderdən “Draqunov”lu mesaj İranın Ali dini lideri Əli Xameneyi Tehranda Ramazan bayramı ilə bağlı keçirilən tədbirdə xalqa əlində silah müraciət edib.

Bayram namazı qıldıqdan sonra çıxış edən İranın dini liderinin rus istehsalı olan “Draqunov” snayperini əlində tutması maraqla qarşılanıb.

Vaxt.az-ın məlumatına görə, bu hal İran dini lideri tərəfindən ilk dəfə yaşanmır. Belə ki, Ə.Xameneyi ən azı iki dəfə də xalqın qarşısına adıçəkilən silahla çıxıb. Sağ əli iflic olan dini liderin bu cür ağır silahdan istifadə etməsi qeyri-mümkündür. Və digər maraqlı məqam var ki, dini lider üçün istifadəsi və daşınması daha rahat olacaq silahlar varkən (tapança, mini avtomat və s.) Xameneyi niyə məhz keçmiş SSRİ-nin istehsalı olan 7,62 kalibrli “Draqunov” snayper tüfəngini yanında gəzdirir?

İran dini lideri bununla kimlərə və nə mesaj verir?




Qeyd edək ki, iran dini liderlərin namaz xütbələrinə silahla çıxması ilk dəfə deyil. Bundan əvvəllər İranın də bir çox dini liderləri, o cümlədən soydaşlarımızın yaxından tanıdığı Seyid Həsən Amuli də var.





 





06.06.2019    çap et  çap et