Kreditorlar, mətbuat və ƏSF rəhbəri Vüqar Abdullayev iclasa dəvətlidir.
Komitənin Əsasnaməsinə görə iclasda yetərsay, üzvlərinin 2/3 hissəsindən ibarətdir. Komitənin məhkəmə tərəfindən tanınmış 3 may 2017-ci il tarixli iclas protokoluna əsasən hazırda Komitənin üzvləri aşağıdakı şəxslərdir (mən və siyahıdakı son 6 şəxs istisna olmaqla, digər 20 üzv Komitəyə sırf ƏSF-in təşəbbüsü ilə daxil edilib):
1. Əkrəm Həsənov – sədr;
2. Raziyə İsayeva (Xəzər Universiteti) – katib;
3. “Azercell Telecom” MMC;
4. “Socar Cape” MMC;
5. “Socar Marketing”;
6. “Standard İnsurance” ASC;
7. “Qala Həyat” Sığorta Şirkəti ASC;
8. “Finca Azərbaycan” QBKT;
9. “UniLeazing” QSC;
10. “GESCO” ASC;
11. Vəliyev Rişad Höccət oğlu;
12. Seyidov Fərhad Əsgər oğlu;
13. Əlizadə Akif Ağamehti oğlu;
14. Qazayeva Aliyə Məmmədovna;
15. Əli-Zadə Orxan Samir oğlu;
16. Əfəndi Rəna Rüstəmovna;
17. Əfəndiyev Bəhruz Məmmədhəsən oğlu;
18. Sahibkarlığın İnkişafı Fondu;
19. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi;
20. Vladimir Vladimiroviç Timoşenko;
21. Mustafayeva Rəna Mehti qızı;
22. İlxaszadə Sabir Saqi oğlu;
23. Babazadə Nailə Sabir qızı;
24. Təhməzova Nailə Sultan qızı;
25. Əsgərov Tural Qabil oğlu;
26. Məmmədov Məhərrəm Qasım oğlu;
27. Qafarova Cəmilə Əli qızı.
Nəzərə alaraq ki, bu üzvlərin mütləq əksəriyyəti uzun müddətdir ki, iclaslara gəlmir, Komitənin tərkibi yenilənməli və məhkəmə tərəfindən tanınmalıdır. Buna görə də növbəti iclasda bir sıra hüquqi məsələ (Komitə sədri və katibinin seçkisi) həll olunmalı olduğu üçün yetərsay (azı 18 üzv) olmasa, iclasda iştirak edən və Komitə üzvü olmaq istəyən hər kəsdən ibarət yeni tərkibin siyahısının məhkəməyə təqdim olunması planlaşdırılır. Xatırladıram ki, sözügedən bankın təxmini 45000 kreditoru var.
P.S. Kreditorlara etdiyim əvvəlki müraciətlərimə uyğun olaraq onlardan bir daha xahiş edirəm: Komitənin yeni sədri və katibi barədə aralarında müzakirələrə indidən başlasınlar ki, iclasda namizədlərin müəyyən edilməsi çox vaxt aparmasın.