Çin ilə ola biləcək bir ticarət razılaşması mövzusunda, “Çin müqavilə bağlayacaq, çünki bunu etmək məcburiyyətində qalacaqlar” deyən ABŞ Prezidenti, ola biləcək bir razılaşmanın müvəffəqiyyətli olacağını söyləyib.
Tramp, Çinin milli pulunu devalvasiya etdiyini də bildirib.
ABŞ ilə Meksika arasında keçən Cümə açıqlanan razılaşmaya toxunan Tramp, ABŞ-ın şüurlu olaraq razılaşmanın bir hissəsini müzakirə etmədiyini, söz mövzusu qismin ABŞ üçün “çox əhəmiyyətli bir vasitə” olduğunu ifadə edib.
ABŞ Prezidenti, Yaponiyada bu ayın sonunda keçiriləcək G - 20 zirvəsində Çinli həmkarı ilə görüşə ümid etdiyini, iki tərəfin razılaşmaya çata bilməməsi halında Çin idxalına verginin artırılacağını dilə gətirib.
ABŞ Prezidenti “Huawei”nin Çin ilə ABŞ arasındakı ticarət danışıqlarının bir hissəsi ola biləcəyini vurğulayıb.