Qiyməti 1.7-2 AZN-ə qədər qalxan energetik içkilər satış payı itirməyə başlayıblar. “Brief” yaradıcı məzmun agentliyi bu barədə məqalə yayıb.
Yazıda bildirilir ki, markalar bazar paylarını əldə saxlamaq üçün tərkibində TAURİN olmayan, ancaq eyni tamı dadıran yeni məhsulları əvvəlki qiymətə bazara təqdim edirlər: “İstehsalat prosesində hər hansısa bir məhsulun “Texniki Şərt” deyilən bir anlayış mövcuddur. Bu nə üçündür?
Hər bir məhsulun istehsalı üçün müəyyən olunmuş bir standart mövcuddur. Ancaq “Texniki Şərt” hüququnu alan marka istehsal prosesi zamanı məhsul üçün önəmli olan şərtləri ödəməli olur. Yəni, hər bir energetik içkinin tərkibində taurin, kofein mütləq olmalıdır. Belə qeyd edək ki, 250ML energetik içkinin istehsalı zamanı onun tərkibinin 15 faizi taurin, 10 faizi kofein olmalıdır. Bu standartıdır. Ya bəzi energetik içkilərin tərkibində bu elementlər heç yoxdur, ya da aşağı göstəricilərlə yer alır. Məsələn, 250ML “Energy Drink”in tərkibində taurin 15 faiz deyil 10 faiz, kofein isə 10 faiz əvəzində 5 faiz yer tutur. Qısacası “Texniki Şərt”ləri ödəməyən həmin məhsullar energetik içki hesab olunmur”, - məqalədə deyilir.