Ayovada seçki kampaniyası zamanı danışan ABŞ-ın keçmiş vitse-prezidenti Bayden 46 yaşında beyin xərçəngi səbəbiylə 2015-ci ildə itirdiyi oğlu Bo Baydeni xatırlayıb: "Mən karyera ərzində bundan əmin olmaq üçün çox çalışdım. Əgər prezident seçilsəm, Amerikanı dəyişdirəcək yeganə şeyin gerçəkləşdiyinə əmin olacaqsınız. Buna söz verirəm. Biz xərçəngin müalicəsini tapacağıq".
Co Bayden əvvəllər də xərçənglə bağlı oxşar şərhlər verib. Barak Obamanın prezidentliyi dövründə o, 2016-cı ildə vitse-prezident kimi çalışanda "Cancer Moonshot" adlı bir proqrama başlamış və xərçəng araşdırmalarını maliyyələşdirmişdi.
Bayden elə həmin il Vatikanda iştirak etdiyi beynəlxalq konfransda çıxış edərək Xərçənglə Mübarizə Fondunun yaradılmasının zəruriliyindən danışmışdı.
O, vitse-prezident vəzifəsindən ayrıldıqdan sonra da bu məsələ ilə bağlı işlərini davam etdirmişdi.