Topaz Premyer Liqasının qapanış matçı olan «Rəvan» - «AZAL» qarşılaşması qonaq komanda üçün daha uğursuz alınıb. Futbolinfo.az xəbər verir ki, «təyyarəçilər» matçın 84-cü dəqiqəsində 9 nəfərlə qalıblar.
76-cı dəqiqədə bu komandada Junior Aylton qırmızı vərəqə alaraq komandasını azlıqda qoymuşdu. 84-cü dəqiqədə isə kapitan Viktor İqbekoyi də eyni aqibəti yaşayıb.
Xatırladaq ki, 46-cı dəqiqədə «Rəvan» da azlıqda qalmışdı. Amma qonaqların müdafiəçisi Aylton meydandan qovulan kimi, Miloş Adamoviç cərimə zərbəsindən qol vuraraq «aslanlar»ı hesabda önə keçirməyə nail olmuşdu.
çap et